AZ

Əs-Suveyda silahlı toqquşmalar tamamilə dayandırıldı

Suriyada yerli Əs-Suveyda şəhərində silahlı toqquşmalar tamamilə dayandırılıb.

Publika.az SANA agentliyinə istinadla xəbər verir ki, bunu Suriyanın keçid hökumətindəki Daxili İşlər Nazirliyinin nümayəndəsi Nurəddin əl-Baba deyib.

“Hazırda Əs-Suveydada qeyri-qanuni silahlı qruplaşmaların yaraqlıları yoxdur və bütün şəhərdə qarşıdurmalar dayanıb”, - deyə əl-Baba bildirib.

Qeyd edək ki, bir az əvvəl Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraa bu şəhərdə atəşkəs elan edib.

Seçilən
68
37
publika.az

10Mənbələr