Bakı. Trend:
ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti müvəqqəti saxlamamərkəzləri kimi istifadə ediləcək böyük çadır düşərgələri qurmaqlaqeyri-qanuni miqrantların saxlanması və deportasiyasınısürətləndirməyi planlaşdırır.
Trend xəbər verirki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Məlumata görə, ABŞ-də 2025-ci ilin sonunadək saxlama yerlərinin– çarpayıların sayının 100 000-ə çatdırılması nəzərdə tutulur.Donald Tramp administrasiyası hesab edir ki, deportasiya prosesiniləngidən əsas səbəb hazırkı müvəqqəti saxlama mərkəzlərində yerçatışmazlığıdır.
Hazırda ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi ölkə üzrə 200-dənçox immiqrasiya təcridxanasını idarə edir. Yeni plan çərçivəsindəbu rəqəmin daha da artırılması və düşərgələrin daha çevik şəkildəidarə olunması gözlənilir.