AZ

Boris Conson: Britaniyalılar Ukrayna müharibəsinə biganə yanaşır

BAKI, 20 iyul. TELEQRAF

Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonölkə ictimaiyyətinin Ukraynadakı müharibəyə marağının azaldığını bildirib. O, bu vəziyyətin narahatedici olduğunu vurğulayıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

Keçmiş baş nazir qeyd edib ki, Ukraynaya olan diqqət və dəstək əvvəlki səviyyədə deyil:

"Ukraynaya maraq və ictimaiyyətin istəyi hazırda çox aşağıdır. Bu, çox kədərlidir. Mövzu gah gündəmə gəlir, gah da itib gedir. Amma mənim üçün bu məsələ hələ də əsas prioritetdir".

Conson həmçinin hazırkı Britaniya rəhbərliyini Ukraynaya dəstək və əməkdaşlıq məsələsində passiv davranmaqda ittiham edib.

Seçilən
46
teleqraf.com

1Mənbələr