AZ

“Qarabağ”ın səfər oyununda anşlaq olacaq

UEFA Çempionlar Liqasının II Təsnifat mərhələsinin “Şelbrun” (İrlandiya) – “Qarabağ” matçı üçün bütün biletlər satılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə İrlandiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Oyun üçün satışa çıxarılan biletlər tükənib. Matçda anşlaq olacaq.

Komandalar arasında ilk oyun “Tolka Park” stadionunda keçiriləcək. Arenanın tutumu 5 700-dür. Matç iyulun 23-də baş tutacaq. Cavab görüşü isə iyulun 30-da Bakıda olacaq.

Seçilən
42
futbolpress.az

1Mənbələr