AZ

UFC: Dvalişvili Ağ Evdə döyüşmək istəyir

BAKI, 20 iyul. TELEQRAF

UFC çempionu Merab Dvalişvili Ağ Evin ərazisində keçirilməsi nəzərdə tutulan turnirdə döyüşmək istəyir.

Teleqraf xəbər verir ki, bu barədə gürcüstanlı idmançı WWOS-a müsahibəsində deyib.

"Mən Ağ Evdə döyüşəcəyəm. ABŞ pasportu olan yeganə UFC çempionuyam. Mən amerikalı deyiləm, amma ən azı vətəndaşlığım var", - deyə Dvalişvili bildirib.

Daha əvvəl prezident Donald Tramp 2026-cı ildə ABŞ-nin müstəqilliyinin 250 illiyinin şərəfinə Ağ Ev ərazisində UFC turniri təşkil etməyə hazır olduğunu bildirmişdi.

Qeyd edək ki, Merab Dvalişvili 2024-cü ilin martında ABŞ vətəndaşı olub. O, super yüngül çəki dərəcəsində UFC çempionudur.

Seçilən
109
teleqraf.com

1Mənbələr