İtaliyanın “Milan” klubu “Paris Sen-Jermen”in hücumçusu Qonçalo Ramosun transferi üçün hərəkətə keçib.
İdmanxeber.az-ın məlumatına görə, “qırmızı-qaralar” 24 yaşlı portuqaliyalı forvard üçün 30 milyon avro təklif etməyə hazırdır.
Hazırda Fransa təmsilçisi bu təklifə cavab verməyib. PSJ-nin yaxın günlərdə mövqeyini açıqlayacağı gözlənilir.
Fərid Nəsibov