AZ

"Real" yarımmüdafiəçisi ilə bağlı qərarını qətiləşdirdi

"Real Madrid" futbolçusu Reyniyer Jesusla bağlı qərarını qətiləşdirib.

Fanat.Az xəbər verir ki, informasiyanı AS yayıb. 

Məlumata görə, "Kral klubu" 23 yaşlı vingeri bu yay sata bilməsə, onun müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv ediləcək.

Braziliyalı oyunçu "Real"a 2020-ci ildə transfer olunsa da, gələndən bəri İspaniya nəhəngində oynamayıb. 5 il ərzində müxtəlif klublarda icarə əsasında çıxış edən Reyniyerin madridlilərlə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.

phrase_var_article.chosen
41
50
fanat.az

10phrase_var_article.sources