Bernardo Silva bu yay "Mançester Siti"ni tərk etməyəcək.
Offsideplus.az xəbər verir ki, "şəhərlilər" onu itirmək istəmir.
Bu barədə "Football Insider" məlumat yayıb.
B. Silvanın "Mançester Siti" ilə müqaviləsi gələn ilin yayında başa çatır. Portuqaliyalı futbolçu komandanı azad agent kimi tərk etməyi planlaşdırır.
30 yaşlı futbolçu 2017-ci ildən İngiltərə nəhəngində çıxış edir. O, burada 407 oyunda 73 qol vurmağı bacarıb.