AZ

“Real”da yeni kapitanlar

“Luka Modriç və Lukas Vaskesin “Real”dan ayrılmasından sonra komandanın kapitanları qrupunda iki yer boşalıb.

Publika.az xəbər verir ki, yeni mövsümdə “kral klubu”nun əsas kapitanı müdafiəçi Dani Karvaxal olacaq. Onun 2024/25 mövsümü oktyabrda ön çarpaz bağlarının qopması səbəbindən vaxtından əvvəl başa çatmışdı. Vitse-kapitan uruqvaylı yarımmüdafiəçi Federiko Valverde olacaq.

“Diario AS”ın məlumatına görə, kapitanlar siyahısına Tibu Kurtua və Vinisius Junior da qoşulub.

2018-ci ildə “Çelsi”dən “Real”a keçən belçikalı qapıçı Kurtua komandanın üçüncü, həmin yay “Flamenqo”dan gətirilən Vinisius isə dördüncü kapitanı olacaq.

Seçilən
54
publika.az

1Mənbələr