İsrail Baş naziri Benyamin Netanyahu qidadan zəhərlənib.
Publika.az xəbər verir ki, bu barədə Baş nazirin Ofisi məlumat yayıb.
Məlumata görə, o, iyulun 20-nə keçən gecə özünü pis hiss edib və həkimə müraciət edib. Narahatlığın səbəbi "xarab olmuş qidanın qəbulu" olub. Müayinənin nəticəsində ona bağırsaq iltihabı diaqnozu qoyulub.
Hazırda baş nazirin vəziyyəti yaxşı qiymətləndirilir.