Azərbaycan millisinin yarımmüdafiəçisi Ozancan Kökçünün komandası - "Volendam" yay hazırlığı çərçivəsində son yoxlama oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Erediviziya təmsilçisi İngiltərənin "Norviç" klubu ilə qarşılaşıb.
Oyun 1:1 hesabı ilə yekunlaşıb.
Matça start "11-lik"də başlayan Kökçü 80-ci dəqiqədə əvəzlənib.