Moskvanın Şeremetyevo hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Axar.az xəbər verir ki, bu barədə hava limanının mətbuat xidmətinin Telegram kanalında məlumat verilib.
Bildirilib ki, "xalça" rejimi ilə əlaqədar müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Daha sonra Şeremetyevo təyyarələrin qəbulunu və buraxılmasını bərpa edib.