AZ

Lerikdən piyada Şəhidlər xiyabanına gəldi

Lerik rayonu Durğan kənd sakini 67 yaşlı Əligülla Əbülfətov 15 iyul tarixində Durğan kəndindən Bakı şəhərindəki Şəhidlər xiyabanını ziyarət üçün yürüşə başlayıb.

Publika.az xəbər verir ki, bu gün səhər Şəhidlər xiyabanına çatan Əligülla Əbülfətov yürüş təəssuratlarını Teleqraf-la bölüşüb.

"Beş günlük səfərim çox yaxşı keçdi. Bu gün səhər saat 10:15 radələrində Şəhidlər Xiyabanına çatıb ziyarət etdim".
Onun sözlərinə görə, bu yürüşə şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq çıxıb: "Mənim oğlum da müharibə iştirakçısıdır. Şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq bu yürüşə çıxdım. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Çox şadam ki, bu uzun yolu sağ-salamat gəlib, ziyarətimi edə bildim".

Seçilən
83
4
publika.az

5Mənbələr