AZ

Eddi Hau: “Əminəm ki, o, mövsümün əvvəlində burada olacaq”

“Nyukasl”ın baş məşqçisi Eddi Hau “Liverpul”un “sağsağanlar”ın 25 yaşlı isveçli mərkəz hücumçusu Aleksander İsaka marağını şərh edib.

Arena.az “talkSPORT” nəşrinə istinadən, 47 yaşlı ingilis mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Mənə, ixtiyari oyunçuya dair yüz faiz aydınlıq gətirmək çətindir. Aleksander “Nyukasl”da xoşbəxtdir, o, oyunçuları, qərargahı, komandanı sevir. Mən əminəm ki, o, mövsümün əvvəlində də burada olacaq. Bizim bir neçə belə əvəzedilməz oyunçumuz var. Biz İsakı komandamızda fədakarcasına saxlamaq istəyirik”, deyə Eddi Hau vurğulayıb.

Xatırladaq ki, daha əvvəl mətbuatda, “Liveprul”un İsak müqabilində “Nyukasl”a 120 milyon funt-sterlinq məbləğində ödəniş təklif etdiyi, “sağsağanlar”ın isə “qırmızılar”ın müvafiq təklifini rədd edərək, futbolçuya 150 milyon funt-sterlinq məbləğində transfer qiyməti müəyyənləşdirdiyi haqda məlumat yayılıb. Müvafiq məqamın İsakı pərişan etdiyi vurğulanır.

Aleksandr İsak AİK-in məzunudur. Hücumçu, karyerası ərzində “Borussiya” (Dortmund), “Villem II” (icarə) və “Real Sosyedad”da çıxış edib.

İsveçli hücumçu 2022-ci ilin avqust ayından “Nyukasl”da çıxış edir. İngiltərə klubu o vaxt İsakın “Real Sosyedad”dan transferi müqabilində 70 milyon avro məbləğində xərc çəkib.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə İsak “Nyukasl”ın heyətində 42 oyuna çıxıb, 27 qol vurub, 6 məhsuldar ötürmə verib.

İsveçli hücumçunun “sağsağanlar”ın heyətində çıxışının ümumi mənzərəsi 109 oyun, 62 qol, 11 məhsuldar ötürmədən ibarətdir.

İsak 2017-ci ilin yanvar ayında debüt etdiyi İsveç yığmasının heyətində 52 oyun keçirib, 16 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 25 yaşlı isveçli mərkəz hücumçusunun transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.

phrase_var_article.chosen
12
arena.az

1phrase_var_article.sources