Hindistanın Baş naziri Narendra Modi Kəşmirin dağ vadisində inşa olunmuş dünyanın ən hündür dəmir yolu körpüsü — Çenab körpüsünün təntənəli açılışını edib. Avtosfer.az bu barədə yerli mediaya istinadən xəbər verir. Çenab çayı üzərindəki körpünün tikintisi onilliklərlə davam edib. Körpünün tağvari konstruksiyası çayın səviyyəsindən 359 metr hündürlükdə yerləşir — bu, Eyfel qülləsindən 29 metr daha hündürdür. Körpünün uzunluğu 1315 metr təşkil edir və layihənin ümumi dəyəri 160 milyon dolları keçib. Bu körpü, Kəşmiri Hindistanın digər əraziləri ilə birləşdirən ilk dəmir yolu marşrutunun bir hissəsidir.