Abşeron rayonu, Novxanı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) batan 2 nəfərin axtarışları başa çatıb.Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Batan şəxslərin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
***
Abşeron rayonunun Novxanı kəndində dənizdə batan 2 nəfərin adları məlum olub.
“Report”un məlumatına görə,batan şəxslər Xırdalan şəhər sakinləri 2009-cu il təvəllüdlü Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğludur. Hər iki yeniyetmə 21 saylı Kəlbəcər rayon orta məktəbinin şagirdləridir.
Hazırda hadisə yerində müvafiq qurumlar tərəfindən axtarış-xilasetmə işləri davam etdirilir.
11:00
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.