Ermənistan hökuməti 2024-cü ilin sentyabrında Rusiyanı tərk edən keçmiş hərbçi qulluqçu 25 yaşlı Semyon Subbotini ölkəsinə verməkdən imtina edib.
Teleqraf xəbər verir ki, S.Subbotin Rusiya ordusunda xidmət etməkdən boyun qaçırdığıüçün axtarışa verilib.
Ermənistanda o, qaçqın statusunu qanuniləşdirməyə çalışsa da, İrəvan polisi tərəfindən saxlanılıb.
Beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş 72 saat ərzində sənədləri təqdim etmək əvəzinə, Rusiya hərbçiləri istintaq təcridxanasına gələrək bütün prosedurlara rəğmən, S.Subbotinin onlara təhvil verilməsini tələb ediblər.
Lakin hüquq müdafiəçilərinin müraciətindən sonra o, vəkillərin mühafizəsi altında “Erebouni” şöbəsinə aparılıb.
Medianın yazdığına görə, S.Subbotin artıq azadlıqdadır.