AZ

"Atletiko" Meyson Qrinvud üçün hərəkətə keçib

Fransanın "Marsel" klubunda çıxış edən Meyson Qrinvud karyerasını La Liqada davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, "Atletiko Madrid" 23 yaşlı hücumçunun transferi ilə ciddi maraqlanır.

"Matrasçılar" artıq ingilis futbolçunun keçidi üçün danışıqlara start verib və yaxın günlərdə "Marsel"ə rəsmi təklif göndəriləcəyi gözlənilir.

Futbolçu geridə qalan mövsümdə Fransa təmsilçisinin heyətində parlaq performans sərgiləyib – 36 oyunda 22 qolla komandasının əsas qol silahına çevrilib.

Transfermarkt portalının məlumatına əsasən, Qrinvudun bazar dəyəri hazırda 40 milyon avrodur. Onun Fransa klubu ilə mövcud müqaviləsi isə 4 il sonra başa çatır. "Atletiko" rəhbərliyi gənc və məhsuldar hücumçunu Dieqo Simeonenin planlarına uyğun vacib transfer hesab edir.

Seçilən
59
90deqiqe.az

1Mənbələr