"Barselona" müdafiəçisi Ronald Arauxonu satmağa açıqdır.
90deqiqe.Az-ın "El Nacional"a istinadən yaydığı xəbərə görə, 15 iyula qədər 26 yaşlı futbolçunu heyətinə qatmaq istəyən klublar onun müqaviləsindəki 65 milyon avroluq sərbəst qalma şərtindən yararlana bilərdi.
Lakin bu müddət ərzində heç bir klub rəsmi addım atmayıb. Nəticədə uruqvaylının üçün təzminat məbləği əvvəlki kimi – 1 milyard avroya qayıdıb.
Buna baxmayaraq, “Barselona” rəhbərliyi 40 milyon avrodan başlayan təklifləri nəzərdən keçirməyə hazırdır.
Məlumata görə, futbolçuya Səudiyyə Ərəbistanının bir neçə klubu maraq göstərir. Lakin Arauxo özü “Barselona”da qalmaq niyyətindədir.
Xatırladaq ki, Ronald Arauxo Kataloniya klubunun heyətində 175 rəsmi oyuna çıxıb, 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.