İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriyanın cənubundakı Suveyda və Dəra əyalətləri sərhədində üsyançıların mövqelərinə zərbə endirib.
Axar.az xəbər verir ki, bu barədə Şam TV məlumat yayıb.
Bildirilib ki, təyyarələr nəzarət-buraxılış məntəqəsi və humanitar dəhlizin olduğu Bosra əl-Hərir bölgəsindəki yerüstü hədəflərə hücum edib.