AZ

Şuşada III Qlobal Media Forumunun iştirakçıları üçün qala-konsert keçirilir -VİDEO

Şuşada III Qlobal Media Forumunun iştirakçıları üçün qala-konsert keçirilir.

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Telegram kanallarında yayılıb.

Xatırladaq ki, bu gün "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda III Şuşa Qlobal Media Forumunun ikinci günü başa çatıb.

Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev təbrik nitqi söyləyib.

O, çıxışında Azərbaycanda media sisteminin formalaşmasından, 44 günlük müharibə zamanı dezinformasiyaya qarşı mübarizədən danışıb və süni intellektin media sferasına gətirilməsinin dövrümüzün qaçılmaz prosesi olduğunu vurğulayıb.

Forum "İnnovativ yanaşmalar: rəqəmsal texnologiyalar dövründə media savadlılığı" mövzusunda panel müzakirəsi ilə davam edib.

İkinci gün iştirakçılar üçün tanışlıq proqramı təşkil olunub.


Bizim.Media

Seçilən
92
50
bizim.media

10Mənbələr