AZ

Həkim istidə cinsi əlaqənin təhlükəsi barədə xəbərdarlıq etdi - bu şəxslər üçün xüsusilə təhlükəlidir

İsti hava şəraitində cinsi fəaliyyət sağlamlıq üçün risk yarada bilər.

E-saglam.az xəbər verir ki, bu barədə həkim Vera Serejina "Lenta.ru"ya açıqlamasında xəbərdarlıq edib.

Onun sözlərinə görə, yüksək temperatur bir çox xroniki xəstəliklərin kəskinləşməsinə səbəb olur. Belə vəziyyətdə fiziki aktivlik, o cümlədən cinsi əlaqə orqanizmə əlavə yük yaradır. Risk xüsusilə hipertoniya, ürək-damar xəstəlikləri və infarkt keçirmiş şəxslər üçün yüksəkdir. İsti hava ürəyə əlavə təzyiq göstərdiyindən, bu dövrdə hər hansı fiziki fəaliyyət təhlükəli ola bilər.

Həkim qeyd edib ki, burun tutulması, boğaz ağrısı və ya qızdırma kimi infeksiya əlamətləri olan şəxslər də ehtiyatlı olmalıdır. Belə vəziyyətdə yaxın təmas həm xəstəliyin ağırlaşmasına, həm də infeksiyanın yayılmasına səbəb ola bilər. Bronxial astması olanlarda isə tənəffüs çatışmazlığı və oksigen çatışmazlığı riski artır.

Serejina əlavə edib ki, isti hava dəriyə də təsir edir. Artan tərləmə və bədən təması nəticəsində qıcıqlanma, yerli iltihab və dermatit hallarının artması mümkündür. Qadınlarda isə isti mühitdə bakterial floranın aktivliyi yüksələ, bu da sidik kisəsi və digər çanaq orqanlarında iltihab riskini artırar.

Mütəxəssis sonda qeyd edib ki, yayda sağlamlıq risklərini azaltmaq üçün cinsi aktivliyə ehtiyatla yanaşmaq və orqanizmin vəziyyətinə diqqət yetirmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Seçilən
43
22
e-saglam.az

10Mənbələr