Almaniya Ukrayna üçün 5 milyard avroya “Patriot” raketləri almaq niyyətindədir..
Poliqon xəbər verir ki, bu barədə “Almaniya üçün Alternativ” partiyasının sədri, Bundestaqın deputatı Elis Vaydel ARD telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, kansler Fridrix Merz hökuməti Almaniya vergi ödəyicilərinin fondlarından Ukraynaya 9 milyard avro bağışlayıb.
"Bizim dövlət indi Ukrayna üçün 5 milyard avroya "Patriot" raketləri almaq istəyir. Bunu artıq heç kim başa düşmür", Vaydel deyib.
Telekanal qeyd edib ki, rəsmi mənbələr bu məlumatı təsdiqləməyib. Bununla belə, Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, Kiyevə dəstək üçün nəzərdə tutulan təxminən bu qədər pula digər şeylərlə yanaşı, Ukraynada uzaqmənzilli silahların istehsalının maliyyələşdirilməsi və hava hücumundan müdafiə sistemlərinin tədarükü daxildir.
Poliqon.info