AZ

Yaponiyanın hakim koalisiyası yuxarı palatada səs çoxluğunu itirdi

BAKI, 21 iyul.TELEQRAF.

Yaponiyanın Liberal Demokrat Partiyası (LDP) və "Komeyto" partiyaından ibarət hakim koalisiyası seçkilərin nəticələrinə görə parlamentin yuxarı palatasında çoxluğu itirib.

Teleqraf xəbər verir ki, bunu rayon və dairə seçki komissiyalarının məlumatları sübut edir.

Bu məlumatlara görə, LDP və "Komeyto" yuxarı palatada kollektiv çoxluğu qorumaq üçün mütləq lazımi sayda mandatı təmin edə bilməyəcək. Koalisiya çoxluğu üçün onlar 124 mandatdan 50-ni əldə etməli idilər. Ən yaxşı halda, hesablamanın nəticələrinə əsasən artıq paylanmış mandatları nəzərə alsaq, onlar yalnız 49 yer əldə edə biləcəklər.

Hakim blok 2024-cü ilin payızında parlamentin əsas aşağı palatasındakı çoxluğunu itirsə də, müxalifət sıralarında yaranan fikir ayrılıqlarına görə Yaponiyada azlıq hökuməti yaradaraq hakimiyyətdə qala bilmişdi.

Yaponiyanın Baş naziri Şiqeru İşiba etiraf edib ki, hakim blok seçkilərdə ciddi dərs alıb və bundan nəticə çıxarmaq lazımdır. Baş nazir istefa verib-verməməsi barədəsuala birbaşa cavab verməyib, yalnızözünün və partiyasının seçicilərə verdiyi vədləri yerinə yetirməli olduğunu bildirib.

Ana müxalifətdəki Konstitusiya Demokratik Partiyasının lideri Yoşihiko Noda hesab edir ki, İşiba baş nazir postunda qalmaq qərarına gələrsə, qərarını izah etməlidir, çünki seçicilər Baş nazirə və onun siyasətinə qəti şəkildə "yox" deyiblər.

Seçilən
54
15
teleqraf.com

10Mənbələr