Bakı. Trend:
Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərindəçoxmənzilli yaşayış binasında sakinlərdən birinin guya zorakılığaməruz qalması ilə bağlı görüntülər yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrusİbrahimovun Trend-əverdiyi məlumata görə, yayılan görüntülərdəki 33 yaşlı şəxs sərxoşvəziyyətdə olub və təhlükəli davranışlar sərgilədiyindən ailəüzvləri binanın komendantını köməyə çağırıblar. Məqsəd baş verəbiləcək insidentin qarşısını almaq olub.
Araşdırma nəticəsində məlum olub ki, həmin şəxs hadisə zamanıheç bir zorakılıq və ya cinayət xarakterli hərəkətə məruz qalmayıb.Onun hüquqazidd davranışlarının qarşısı alınıb və polis orqanınaaparılıb.
Faktla bağlı araşdırma davam edir.