Türkiyədə təlim-məşq toplanışında olan “Araz-Naxçıvan” yerli "Trabzonspor"la qarşılaşıb.
Sportinfo.az xəbər verir ki, Superliqa təmsilçisi ilə görüş Naxçıvan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı Çarles Boli açıb. Fasiləyə qədər rəqib bərabərliyi bərpa edib. İkinci hissədə Bəxtiyar Həsənalızadə və Slavik Alxasovla daha 2 qol vuran komanda Ərzurumdakı sonuncu yoxlama matçını qələbə ilə başa vurub.
"Qırmızı-ağlar" bunadək Türkiyə Həvəskar Liqa təmsilçisi "Bayburtspor"a 14:0 hesabı ilə qalib gəlib,
Superliqa təmsilçiləri "Alanyaspor"la 0:0 hesablı heç-heçə edib, "Konyaspor"da uduzub - 1:2.