BAKI, 20 iyul.TELEQRAF
Silahlıərəb qəbilələrinin Suriyanın Əs-Suveyda əyalətində druzların mövqelərinə hücumu atəşkəs əldə edildikdən sonra axşam saatlarında tərəflər arasında əsir mübadiləsi prosedurunu pozub.
Teleqraf xəbər verir ki, bu barədə Sham telekanalı məlumat yayıb.
Bədəvi bölmələri səhər saatlarında druzların özünümüdafiə qüvvələrinin nəzarətinə keçən Ərikə və Əl-Məcdəl bölgələrinə hücum edib.
Daha əvvəl bildirilirdi ki, əsir götürülən döyüşçülərin və girovların azad edilməsinə yerli vaxtla saat 18:00-da (Bakıvaxtı ilə 19.00-da) Umm Zeytun ərazisində başlanılacaq. Druz icmasının şeyxləri bütün tərəfləri “bu prosesin uğurunu təmin etmək üçün əməkdaşlığa və maksimum məsuliyyət nümayiş etdirməyə” çağırırdılar.
Günün birinci yarısında Suriya druzlarının radikal lideri Şeyx Hikmət əl-Həcərinin tərəfdarları ərəb silahlılarını Əs-Suveydanın inzibati mərkəzinin şimalındakı Ərikə və Əl-Məcdəl kəndlərindən qovublar. Buna cavab olaraq yerli bədəvilər qonşu ərazilərdən əlavə qüvvələr tələb ediblər.