AZ

Təzyiqi və şəkəri tənzimləyir - Gündə bir stəkan kifayətdir

Son araşdırmalara görə, nanə çayı yalnız təravətləndirici içki deyil, eyni zamanda beyin sağlamlığı, qan şəkəri balansı və qan təzyiqinin tənzimlənməsi baxımından da mühüm təsirlərə malikdir.
 
Mütəxəssislərin sözlərinə görə, bu kofeinsiz bitki çayı gündəlik rejimə əlavə edildikdə sağlamlıqda ciddi fərqlər yarada bilər.
 
Zehni performansı artırır
 
Diyetoloq Emma Derbişir qeyd edir ki, nanə çayı tərkibindəki rozmarin turşusu və mentol sayəsində antiinflamatuar (iltihab əleyhinə) təsir göstərir. Bu da beynin fəaliyyətinə müsbət təsir edərək yaddaşı gücləndirir, diqqəti artırır və zehni yorğunluğu azaldır.
 
Qan təzyiqini tənzimləyir
 
Tədqiqatlar göstərir ki, nanə çayında olan bəzi birləşmələr damarların genişlənməsinə kömək edir və bu da qan təzyiqinin düşməsinə səbəb olur. Eyni zamanda, çayın sakitləşdirici təsiri stress səbəbli təzyiq artımının da qarşısını ala bilər.
 
Lakin hər hansı bitki çayını daimi istifadəyə başlamazdan əvvəl mütləq həkimlə məsləhətləşmək də mütəxəssislər tərəfindən tövsiyə olunur. (Publika.az)
 
Seçilən
21
moderator.az

1Mənbələr