Rusiyanın xalq artisti Oleq Qazmanov Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən axtarışa verilib.
"Unikal" xəbər verir ki, bu barədə məlumat SBU-nun məlumat bazasında yer alıb.
Qazmanov 2022-ci ilin martından axtarışa verilib. O, “Ukraynanın ərazi bütövlüyünə qəsd” maddəsi ilə ittiham edilib və qiyabi həbs cəzasına məhkum edilib.