Milli Basketbol Assosasiyasında (NBA) Yay Liqasının qalibi müəyyənləşib.
Bakıvaxtı.az xəbər verir ki, həlledici görüşdə "Şarlott" klubu "Sakramento"nu 83:78 (34:18, 12:21, 21:17, 16:22) hesabı ilə məğlub edib.
"Şarlott" iki divizionda (Las-Veqas, Orlando) 6 oyunun hamısında qalib gələn yeganə komanda olub.
Qeyd edək ki, NBA klubları Yay Liqasında əsasən gənc basketbolçulara üstünlük verir.