AZ

“Ukrayna orduda texnologiya tətbiqinin rekord sürətində nümunədir” - NATO-nun baş komandanı

NATO ölkələri Ukrayna ordusunda olduğu kimi Silahlı Qüvvələrdə innovasiyaların sürəti ilə ayaqlaşmalıdır.

Herbiand.az bildirir ki, bunu NATO-nun birləşmiş silahlı qüvvələrinin Ali Baş Komandanı, ABŞ Hərbi Hava Qüvvələrinin generalı Aleksus Qrinkeviç deyib.

General qeyd edib ki, Ukrayna bu gün müasir genişmiqyaslı müharibə şəraitində texnoloji həllərin sürətini diktə edir: “Ukrayna Silahlı Qüvvələrinin təcrübəsi NATO üçün etalon olmalıdır. Ukrayna rekord müddətdə yeni texnologiyaların, xüsusən pilotsuz təyyarələrin, rəqəmsal platformaların və silahların sürətlə tətbiqi üçün effektiv sistem yarada bildi”.

O vurğulayıb ki, sözün əsl mənasında sıfırdan avadanlıqların seriyalı istehsalını günlər və həftələr ərzində quran Ukraynadan nümunə götürərək, NATO ölkələri müdafiə sənayesi imkanlarını müasir müharibənin tempinə uyğunlaşdırmalıdırlar. General ABŞ və Avropa üçün ümumi olan vahid transatlantik müdafiə sənayesi bazasının yaradılmasını da dəstəkləyib.

Bəxtiyar CƏFƏRLİ

phrase_var_article.chosen
28
43
herbiand.az

10phrase_var_article.sources