AZ

Türkiyə parlamentində hansı partiyanın neçə deputatı var? SİYAHI

ain.az bildirir, Modern.az portalına istinadən.

Türkiyə Böyük Millət Məclisində (TBMM) son günlərdə baş verən istefalar və vəfat səbəbilə partiyalar üzrə yer bölgüsündə dəyişiklik olub.

Modern.az-ın məlumatına görə, İstanbul deputatları Doğan Demir, İsa Mesih Şahin və Selim Temurcinin Gələcək Partiyasından istefa etdiklərini açıqlamaları ilə müstəqil deputatların sayı 14-ə yüksəlib.

Eyni zamanda Səadət Partiyasının Kocaeli deputatı Hasan Bitmez və DEM Partiyasının İstanbul deputatı Sırrı Süreyya Önderin vəfatı, Türkiyə İşçi Partiyasının Hatay deputatı Şerafettin Can Atalayın deputatlıq mandatının ləğvi, AK Partiyalı Murat Kurumun nazir təyinatı və CHP-dən seçilən Burcu Köksal, Abdurrahman Tutdere, Hasan Baltacı və Ahmet Önalın bələdiyyə sədri seçilmələri ilə TBMM-dəki ümumi deputat sayı 600-dən 592-yə enib.

Partiyalar üzrə yeni mandat bölgüsü belədir:

Ədalət və İnkişaf Partiyası (AKP) – 272 deputat

Cümhuriyyət Xalq Partiyası (CHP) – 135 deputat

Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM Partiyası) – 56 deputat

Milliyyətçi Hərəkat Partiyası (MHP) – 47 deputat

İYİ Partiya – 29 deputat

Yeni Yol Partiyası – 21 deputat

Müstəqillər – 14 deputat

Yenidən Rifah Partiyası – 4 deputat

Hüquq Dava Partiyası (HÜDA PAR) – 4 deputat

Türkiyə Fəhlə Partiyası (TİP) – 3 deputat

Demokratik Bölgələr Partiyası – 2 deputat

Əmək Partiyası – 2 deputat

Səadət Partiyası – 1 deputat

Demokratik Sol Partiya – 1 deputat

Demokrat Partiya – 1 deputat

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
380
8
modern.az

10Mənbələr