Təlim-məşq toplanışı üçün Türkiyəyə yollanan “Turan Tovuz”da hazırlıqlar davam edir. Ayın 7-dən Ankaranın Qızılcahamam bölgəsindəki “Çam Otel”də məskunlaşan komanda iyulun 19-dək məşqlərini burada davam etdirib.
Daha sonra baş məşqçi Kurban Berdiyev futbolçuları sevindirəcək qərar verib.
Təcrübəli mütəxəssis komandanı 3 gün istirahətə buraxıb. Ağır məşqlərin ardından verilən bu qərar oyunçuların ürəyincə olub.
Qeyd edək ki, “Turan Tovuz”un Türkiyə toplanışının növbəti mərhələsi 24 iyul – 6 avqust tarixləri arasında Boluda baş tutacaq.
İdmanxeber.az