AZ

Beyin sağlamlığının sirri: Yaşam tərzi və gündəlik vərdişlər

Hər iki insandan birinin həyatının bir dövründə nevroloji xəstəliklə qarşılaşdığına diqqət çəkən Nöroloq Prof. Dr. Canan Aykut Bingöl, beyin sağlamlığının qorunması üçün erkən yaşlardan etibarən düzgün yaşam tərzinin formalaşdırılmasının vacib olduğunu bildirib. Onun sözlərinə görə, beyin sağlamlığı yalnız xəstəlik ortaya çıxdıqda yox, həyatın bütün dövrlərində – uşaq yaşlardan qocalığa qədər – aktiv şəkildə qorunmalıdır.

Bu barədə News24.az Milliyet-ə istinadən xəbər verir. 

Prof. Dr. Bingöl, sağlam beyin üçün 6 əsas tövsiyə verir: təbii qidalara əsaslanan Akdeniz tipli qidalanma, gündəlik 30 dəqiqəlik tempolu yürüş, gecə 7-8 saat keyfiyyətli yuxu, stresin idarə olunması, mütəmadi zehni fəaliyyət (kitab oxumaq, yeni bacarıqlar öyrənmək) və sosial münasibətlərin gücləndirilməsi.

O, həmçinin vurğulayıb ki, hər yaş dövrünün özünəməxsus beyin ehtiyacları var: sağlam hamiləlik və doğuş, uşaqlıqda qoruyucu mühit və keyfiyyətli təhsil, yeniyetmələrdə emosional dəstək, böyüklərdə sağlam həyat tərzi və yaşlılarda sosial bağlılığın qorunması.

“Beyin sağlamlığı bir lüks deyil, hər bir insanın prioriteti olmalıdır,” – deyə Prof. Dr. Bingöl qeyd edib.

Xeyrənsə Piriyeva

phrase_var_article.chosen
65
6
news24.az

10phrase_var_article.sources