AZ

Brayan Mbömo “Mançester Yunayted”də - Rəsmi

İngiltərənin “Brentford” klubunun sağ vingeri Brayan Mbömo bundan sonra “Mançester Yunayted”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın mətbuat xidməti məlumat yayıb.

“Mançester Yunayted” bu transfer üçün qarşı tərəfə 75 milyon avro ödəyib. 25 yaşlı hücumçu ilə 5+1 illik müqavilə imzalanıb.

Brayan Mbömo əslən Kamerundan olsa da, Fransada dünyaya göz açıb və peşəkar karyerasına da bu ölkənin “Trua” klubunda başlayıb. “Brentford” onu 2019-cu ildə 6,5 milyon avro müqabilində heyətinə qatmışdı. Kamerun millisinin üzvü 2024/2025-ci illər mövsümündə “Brentford”da 42 matçda 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Vinger sözügedən klubun heyətində bütövlükdə 242 oyun keçirib, 70 qol vurub, 51 məhsuldar ötürmə verib.

Vaxtilə Fransanın U-17, U-20 və U-21 yığmalarında oynamış Mbömo 2022-ci ilin sentyabrından Kamerun millisində çıxış edir. O, yığmada 22 oyuna 6 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı vingerin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
21
32
arena.az

10Mənbələr