"Mançester Yunayted" "Brentford"un oyunçusu Brayan Mbuemonu transfer edib.
Offsideplus.az xəbər verir ki, klubun rəsmi saytı bu barədə məlumat yayıb.
Bu keçid "qırmızı şeytanların 70 milyon avroya başa gəlib. Müqavilənin müddəti 5 illik nəzərdə tutulub, daha bir il müddətinə - 2031-ci ilin yayına qədər uzadıla bilər.
Brayan Mançester klubunda "19" nömrəli forma altında çıxış edəcək.