Amerikalı tennisçi Vinus Uilyams Vaşinqtonda keçiriləcək WTA 500 turnirində iştirak edəcək.
"Football-plus.az" xəbər verir ki, 45 yaşlı xanım tennisçi xüsusi dəvətnamə alıb. Vinus sonuncu dəfə korta ötən ilin martında çıxıb. O, həmin vaxt Mayamidə keçirilən turnirin 1-ci mərhələsində rusiyalı Diana Şnayderə uduzub.
Uilyams “Böyük dəbilqə” turnirlərinin yeddiqat qalibi, həminin dördqat olimpiya (bir dəfə fərdi, üç dəfə cütlərin yarışında) çempionudu. Karyerası boyunca WTA səviyyəsində 71 titul qazanıb.
phrase_var_article.topics