Galatasaray Ederson transferini reallaşdıra bilməsə, Donnarumma üçün hərəkətə keçəcək.
Fanat.Az xəbər verir, bu barədə məlumatı "Tutto Mercato" yayıb.
Xəbərə görə, "Qalatasaray" rəhbərliyi Ederson üçün "Mançester Siti"yə ilkin mərhələdə 3 milyon avro təklif edib. Razılaşma baş tutarsa, Ederson sarı-qırmızılı formanı geyinməyə hazırdır. Lakin danışıqlarda irəliləyiş olmazsa, klub “B plan”ını işə salacaq.
PSG ilə 2026-cı ilə qədər müqaviləsi olan Donnarummanın Fransa klubundan ayrılmaq ehtimalı var. Xəbərlərə görə, maaşın azaldılması təklifi və klubdakı gələcəyi ilə bağlı qeyri-müəyyənliklər, Donnarumma-nın transferinə yaşıl işıq yandırır.
Qeyd edək ki, bu transferdə təkcə "Qalatasaray" yox "Yuventus" , "Çelsi" və "İnter"də maraqlıdır.
Kamil Xudiyev