Avtosfer saytına istinadən ain.az xəbər verir.
Dağıstanda iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli mediaya istinadən xəbər verir ki, hadisə iyulun 22-də səhər saatlarında “Qafqaz” Federal magistralının 247-ci kilometrliyində, Tarumovski rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, Qazaxıstan Respublikası vətəndaşı olan 39 yaşlı sürücü idarə etdiyi “Chery Tiggo 8 Pro” markalı avtomobillə hərəkətdə olarkən yolun əks istiqamətinə çıxıb və qarşıdan gələn “Lada Largus” markalı maşınla toqquşub. Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.
Qəza nəticəsində hər iki sürücü, həmçinin “Larqus”un sərnişinləri - 4 və 6 yaşlarında olan uşaqlar ölüb. Daha 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Namiq Musayev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.