AZ

"Öz futbolçularımızın maksimumunu ortaya qoymasına çalışacağıq" - "Hayduk"un baş məşqçisi

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ölkəmizi təmsil edəcək “Zirə” “Hayduk”la qarşılaşacaq.

“Football-plus.az” qonaqların futbolçusu Filip Krovinoviç media önünə çıxaraq jurnalistlərin suallarını cavablayıb.

- Dario Meniak əvvəllər Azərbaycanda çıxış edib. Bu barədə söhbətiniz olubmu?
– Bəli, danışmışıq. Həm ölkə, həm də klubla bağlı məlumatım var. Amma hazırda diqqətimizi öz oyunumuz üzərində cəmləmişik.

Daha sonra xorvatların baş məşqçisi Qonzalo Qarsiya mətbuat önünə çıxıb.

– Rəşad Sadıqovdan fərqli olaraq, siz komandada yenisiz. Bu, “Zirə” üçün üstünlük sayıla bilər?
– Əlbəttə, bu “Zirə” üçün üstünlüktü. 5 ildi ki, bu komandada çalışır. Formalaşmış komandadı. Biz isə yeni komandayıq.

– Rakitiçin karyerasını bitirməyi komanda üçün itki hesab edilə bilər?
– Əlbəttə, Rakitiç səviyyəli futbolçudu. Uzun illər top səviyyədə çıxış edib.

– “Zirə”də xüsusi fərqləndirdiyiniz futbolçu varmı?
– Fərdlərə görə təhlil etməmişik. Renato, Papu, Martins kimi futbolçuları var. Amma komanda olaraq öz futbolçularımızın maksimumunu ortaya qoymasına çalışacağıq.

– Ötən ilki “Hayduk”la indiki “Hayduk” arasında hansı fərqlər var?
– Yaxşı sualdı. Mən kluba gələndə tələb o idi ki, hücumameyilli futbol oynasın. Əvvəl də belə idi, indi də belə olmasına çalışacağıq. Futbolçuların oyundan həzz alması və s.

– Avrokuboklarda favorit göstərildiyiniz oyunlarda məğlub olmusuz. Sabah da favorit sizsiz. Bu sizi narahat etmir?
– Komanda bəlkə də 15 ildi ki, avrokuboklarda uğursuzdu. “Hayduk” böyük klubdu. Bizim üçün hər şey sıfırdan başlayır. Keçmişdə çox şey ola bilər.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
127
football-plus.az

1Mənbələr