ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
Yol hərəkəti qaydasını pozan sürücü ağır qəzaya səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Ankara şəhərində baş verib.
Belə ki, Etimesqut rayonunda M.A-nın idarə etdiyi 06-HL-601 dövlət qeydiyyat nişanlı avtomobillə yolun əks istiqaməti ilə hərəkət edərək 35-DF-976 dövlət qeydiyyat nişanlı maşınla toqquşub. Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.
Qəza nəticəsində avtomobilin sürücüləri aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.