AZ

"Putin fon der Lyayeni devirməyə qərar verdi: Agentlər artıq Brüsseldədir" - "The Hill"

"Orbana arxalanaraq Putin fon der Lyayeni devirməyə çalışır?.."
 
Rusiya Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin devrilməsinə cəhd göstərməkdə ittiham edilir.
 
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu "Bild" nəşri yazıb.
 
Qəzetin köşə yazarı iddia edir ki, bu kampaniyanın arxasında Rusiya xüsusi xidmət orqanları və Kremlin təbliğat maşını dayanır. Məqsəd - Ukraynaya dəstəyi və Avropanın birliyini zəiflətməkdir.
 
Təbliğatla qurulan ssenari: "Putin devirmək istəyir"
 
Brüsseldə son zamanlar artan informasiya hücumları fonunda fon der Lyayenə qarşı irəli sürülən etimadsızlıq səsverməsi "Rusiyanın təsiri ilə hazırlanmış əməliyyat" kimi təqdim edilir. Alman jurnalist Albert Linkin fikrincə, bu, təkcə Avropa Komissiyasının rəhbərinə qarşı deyil, bütövlükdə Ukraynanı dəstəkləyən Avropa mövqeyinə qarşı hücumdur.
 
Finlandiyanın "CheckFirst" və Litvanın "Bebunk.org" adlı iki müstəqil fakt yoxlama təşkilatının apardığı araşdırmalar göstərir ki, etimadsızlıq təşəbbüsü ilə bağlı yayımlanan minlərlə rusdilli paylaşımların arxasında Kremlə bağlı resurslar dayanır. Bu paylaşımlarda fon der Lyayenin istefası Avropanın "xilas yolu" kimi təqdim olunur, Almaniyanın Ukrayna siyasəti isə kəskin hücumlara məruz qalır.
 
Təhqiramiz ritorika və "UrSSula" ləqəbi
 
Rusiyapərəst dairələrin apardığı kampaniyada nasist müqayisələri və təhqiramiz karikaturalar da yer alıb. "UrSSula" kimi ləqəblərlə fon der Lyayenə hücumlar təşkil edilib. Avropa Komissiyasının rəsmisi bildirib ki, artıq müəyyən şəxslərin Kremlin təbliğat maşını ilə əlaqədə olduğu sübut olunub və onlar Avropa İttifaqını daxildən parçalamağa çalışır.
 
Səbəb "Pfizer" qalmaqalıdırmı?
 
Fon der Lyayenə qarşı etimadsızlığın formal səbəbi "Pfizer" şirkətinin rəhbəri ilə koronavirus peyvəndi müqavilələri ilə bağlı şəxsi yazışmalarını açıqlamaması olub. Lakin səsvermədən öncə Avropa Xalq Partiyasının lideri Manfred Veber bu ittihamları əsassız adlandıraraq təşəbbüs sahiblərini "Putinin kuklaları" adlandırıb. O, nəşrə deyib: "Putin ən çox Avropanın birliyindən qorxur. Bu səsvermə yalnız Avropanı zəiflətmək üçün olub. Şükür ki, Kremlin əlaltıları uğur qazana bilməyib".
 
Moskvanın yadında qalacaq 175 nəfər
 
Avropa Parlamentində səsvermədə cəmi 175 deputat fon der Lyayenin əleyhinə çıxıb. Bu siyahı, nəşrin iddiasına görə, Rusiyanın müharibə cinayətlərini kiçiltməyə çalışan və Ukraynaya dəstəklə bağlı tədbirləri daim əngəlləyən deputatlarla üst-üstə düşür.
 
Putin dostlarının qorxulu ittifaqı
 
Bu kampaniyanın önündə isə Macarıstan baş naziri Viktor Orban dayanır. O, fon der Lyayenin "getməli olduğu"nu açıq şəkildə bildirib və tərəfdarlarını bu çağırışa səsləyib. Onu Almaniyanın sağ populist "AfD" partiyası və keçmiş solçu siyasətçi Sara Vaqenknextin qurduğu SSV dəstəkləyir.
 
Manfred Veber onların ünvanına sərt tənqidlər səsləndirib: "Vaydel və Vaqenknext Kremlin təbliğatına alət olduqları üçün utanmalıdır". Hətta siyasi satira ilə tanınan deputat Martin Zonnenborn da bu kampaniyaya qoşulanlar sırasındadır. Fransadan isə Le Penin "Milli cəbhə" partiyası Orbanın yanında yer alıb - bu partiyanın vaxtilə Moskvadan maliyyələşdiyi də artıq sübuta yetirilib.
 
Diqqətçəkici məqam isə Georgia Meloninin rəhbərlik etdiyi "İtaliyanın Qardaşları" partiyasının bu kampaniyadan uzaq durmasıdır. Halbuki əvvəllər o da Kremlin hədəfində olub, lakin son zamanlar Ukraynaya verdiyi dəstək onu bu "qorxulu ittifaq"dan ayırıb.
 
"Zəhərli nənə" və Medvedevin təhdidləri
 
Səsvermədən öncə Rusiya tərəfi açıq şəkildə kampaniyanı qızışdırmağa çalışıb. Kreml nümayəndəsi Dmitri Medvedev fon der Lyayeni "zəhərli nənə" adlandırıb və Avropa Parlamentini "Rusiyanın qəzəbinə tuş gələcək" qurum kimi təqdim edib. "Kim anlamadısa, gec-tez anlayacaq", - Medvedev Avropa paytaxtlarını təhdid edib.
Seçilən
80
moderator.az

1Mənbələr