Almaniyalı mərkəz müdafiəçisi Koray Günter Səudiyyə Ərəbistanının “Əl-Ühdud” klubuna keçib.
90deqiqe.Az-ın məlumatına görə, 30 yaşlı futbolçu yeni klubuna azad agent statusunda qoşulub.
Günter son beş mövsümü “Verona”nın heyətində keçirib.
Günter peşəkar karyerasına Dortmund “Borussiya”sının akademiyasında başlayıb. Sonrakı illərdə o, İtaliya və Türkiyədə çıxış edərək “Cenoa”, “Sampdoriya”, “Göztəpə” və “Fatih Karagümrük” kimi klubların formasını geyinib.
“Transfermarkt” portalı hazırda müdafiəçinin bazar dəyərini 700 min avro olaraq qiymətləndirir.