Bakı və Abşeron yarımadasında günlük kirayə bağ evlərinə tələbat artıb.
Xezerxeber.az-ın məlumatına görə, tələbatın artması qiymətlərə də təsir edib.
Aparılan araşdırmalara görə günlük kirayələrin qiymətində ötən illə müqayisədə 20-25 faiz artım var. Bu artımın olmasının isə bir neçə səbəbi var.
Bağ evlərinin kirayəsi zamanı son zamanlar dələduzluq hallarına da rast gəlinir ki, mütəxəssislər bu hallarla qarşılaşmamaq üçün bəzi məqamlara diqqət etməyi vacib hesab edirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.