AZ

Tramp Obamanı dövlətə xəyanətdə ittiham etdi

"Demokratların başçılıq etdiyi əvvəlki administrasiyalar tərəfindən ABŞ kəşfiyyatının seçkilər və Rusiyanın hərəkətlərinə dair məlumatlarının manipulyasiya edilməsi dövlətə xəyanət olub".

Moderator.az RBK-ya istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Tramp vurğulayıb ki, onlar seçkilərin nəticələrini oğurlamağa çalışıblar.

Jurnalistlər Trampa 2016-cı il ABŞ-də prezident seçkisinə Rusiyanın iddia edilən müdaxiləsini araşdırarkən kimə diqqət yetirməli lazım olduğu barədə sual ünvanlayıblar.

"Oxuduqlarıma əsasən, bu, Obama ola bilər. O təqsirkardır, bu, aydın məsələdir", - deyə Tramp cavab verib.

Ağ Ev rəhbəri hesab edir ki, Obama seçki kampaniyasına zərər vermək üçün Federal Təhqiqat Bürosunun məlumatlarını manipulyasiya edib.

Seçilən
127
moderator.az

1Mənbələr