“Mançester Yunayted”in hücumçusu Markus Reşford “Barselona” ilə icarə müqaviləsi imzalayıb.
90deqiqe.Az xəbər verir ki, İngiltərə millisinin üzvü mövsümün sonuna qədər Kataloniya klubunda çıxış edəcək. “Barselona”ya futbolçunu 30 milyon avroya almaq imkanı da verilib.
Məlumata görə, rəsmi təqdimat iyulun 23-də klub prezidenti Joan Laporta ilə keçiriləcək qapalı mərasimdə baş tutacaq.
27 yaşlı hücumçu artıq “blausqranada” baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında ilk məşqini keçib.