AZ

Qasıq ağrısı sadə səbəb deyil - XƏBƏRDARLIQ

Ortopediya mütəxəssisi Dr. Burak Çağrı Aksu, qasıq bölgəsində hiss edilən ağrıların çox vaxt kalça (bud-çanaq) problemləri ilə əlaqəli ola biləcəyini bildirib. “Əgər ağrı 3 aydan çox çəkir, gecə oyadır və gündəlik hərəkətlərdə çətinlik yaradırsa, mütləq həkimə müraciət edilməlidir,” deyə xəbərdarlıq edib.

Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir. 

Ən çox rastlanan səbəblər arasında kalça sıxışması, oynaqda duzlaşma və osteoartrit yer alır. Bu problemlər xüsusilə merdiven çıxma, oturub qalxma və çorap geyinmək kimi sadə hərəkətlərdə çətinliklə özünü büruzə verir.

40 yaşdan sonra kalça şikayətlərinin daha da artdığını bildirən həkim, həm idmançılar, həm də ofis və fiziki işlə məşğul olan şəxslərin risk altında olduğunu vurğulayıb.

Kalça ağrısından qorunmaq üçün əsas tövsiyələr:

Hərəkətsiz həyat tərzindən uzaq durmaq

İdeal çəkini qorumaq

Düzgün fiziki məşqlərlə əzələləri gücləndirmək

Aşırı yüklənmələrdən çəkinmək

Vaxtında həkimə müraciət etmək

Təxirə salınan kalça problemləri həm fiziki, həm də psixoloji sağlamlığa ciddi təsir göstərə bilər.

Xeyrənsə Piriyeva

Seçilən
91
1
news24.az

2Mənbələr