AZ

Donnarumma “Qalatasaray”a keçə bilər

PSJ-nin qapıçısı Canluici Donnarumma karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın “Tuttomercatoweb”ə istinadən verdiyi məlumata görə, İtaliya millisinin qapıçı ilə “Qalatasaray”ın ciddi şəkildə maraqlandığı bildirilir. Məlumata görə, transferin baş tutmasına Donnarummanın PSJ ilə müqaviləsinin 2025/26 mövsümünün sonunda başa çatacaq olması da təsir göstərə bilər.

Klub mövcud şərtlərlə – illik 12 milyon avro maaşla yeni müqavilə bağlamaqda maraqlı deyil və əməkhaqqının azaldılmasını istəyir.

Xatırladaq ki, Donnarumma PSJ ilə geridə qalan mövsümdə UEFA Çempionlar Liqasının, Fransa çempionatının və ölkə kubokunun qalibi olub.

Seçilən
55
90deqiqe.az

1Mənbələr