ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
30 yaşlı qapıçı Pau Lopes "Betis"lə müqavilə imzalayıb.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniyalı qolkiperlə 2028-ci ilin yayına kimi müqavilə imzalanıb. Lopesin son klubu "Toluka" (Meksika) olub. 2018/2019 mövsümündə "Betis"in qapısını qoruyan Pau doğma klubuna sərbəst agent kimi qoşulub.
Qeyd edək ki, Lopes Meksika klubunda 11 oyunda qapısından 16 top buraxıb.
İdman.biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.