AZ

Federer Nadalın tennis akademiyasını ziyarət edib - FOTOLAR

Tennis əfsanələri Rodjer Federer və Rafa Nadal birlikdə qolf oynayıb.

90deqiqe.Az xəbər verir ki, “Böyük Dəbilqə” turnirlərinin 20 qat qalibi Rodjer Federer ispan tennisçi Rafa Nadalın doğma adası Mayorkada olub. Federer orada Nadala məxsus tennis akademiyasını da ziyarət edib.

Sosial şəbəkədə paylaşım edən Federer fotolara “Bizimlə yarışmaq istəyən varmı?” şərhini əlavə edib.

Nadal isə “Böyük Dəbilqə” turnirlərində 22 dəfə çempion olub.

Federer 2022-ci ilin sentyabrında Londonda keçirilən Laver Kubokunda oynadıqdan sonra idmanı tərk edib. Rocer cütlükdə Nadalla vida matçını keçirib. Rafael özü karyerasını 2024-cü ilin noyabrında başa vurub.

Seçilən
70
90deqiqe.az

1Mənbələr